12 Dekabr 2017 01:23
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında növbəti görüş Söçidə keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə birgə keçirilən mətbuat konfransında deyib.

"Biz Suriya məsələsinə, xüsusilə də Soçi görüşü zamanı qəbul olunan qərarlara toxunduq. Biz bundan sonra nə edə biləcəyimizi müzakirə etdik və qərara gəldik ki, bu proses üçün ikinci dəfə yenə Soçidə bir araya gələk və prosesin irəliyə aparılmasından ötrü hansı əlavə addımları ata biləcəyimizi müəyyən edək", -deyə Ərdoğan bildirib.

"Digər tərəfdən hesab edirəm ki, biz, Astana prosesinin zamin duran ölkəsi kimi Cenevrə danışıqlarına öz mühüm töhfəmizi verə biləcəyik", -deyə o əlavə edib.


Müəllif: