13 Dekabr 2017 13:29
7 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentləri arasında dekabrın 11-də Ankarada baş tutan görüşlə bağlı bəzi məlumatlar üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin müzakirə etdiyi əsas mövzu YPG/PYD qüvvələrinin Soçidəki Suriya toplantısında iştirakı olub.

Məlumatda deyilir ki, Ərdoğan və Putin bu məsələdə razılığa gəliblər:

“Ərdoğan PYD/YPG qüvvələrindən başqa bütün kürd qruplaşmaların görüşdə iştirakına razılıq verib və Putinə lazımi siyahını təqdim edib.

Siyahıda Suriyadan Türkiyəyə qaçmış kürdlərin nümayəndələrinin və PYD tərəfindən qapadılmış partiyaların əməkdaşlarının adları var. Siyahıda həmçinin, Suriya Kürd Milli Şurasının 11 üzvü də yer alıb”.


Müəllif: Samir