13 Dekabr 2017 14:42
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ilin oktyabrında Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanmış protokollar ləğv edilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan deyib.

O bildirib ki, Türkiyə tərəfi bu protokolların həyata keçməsi üçün heç bir addım atmayıb:

“Protokolların parlamentlər tərəfindən təsdiqlənməsi lazım idi. Türkiyə heç bir addım atmadı. Bu səbəbdən razılaşma 2018-ci ilin yazında ləğv ediləcək”.


Müəllif: Samir