13 Dekabr 2017 20:39
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə liderlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısının yekunlarını və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.

Trend-in məlumatına görə, bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.

Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.


Müəllif: Teleqraf.com