14 Dekabr 2017 11:27
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov siyasi fəal Bəxtiyar Hacıyevə qarşı ittihamlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Müsavat funksionerinin belə ittihamla çıxış etməsinə səbəb Bəxtiyar Hacıyevin Müsavat rəhbərliyində təmsil olunan bəzi funksionerlərin Mixail Saakaaşvilini tənqid etməsini lağa qoyması olub.

Yadigar Sadıqov qeyd edib ki, Bəxtiyar Hacıyev bəzi Müsavat funksionerlərinin Saakaşviliyə mənfi münasibətinə lağ edib:

“Hacıyev deyir ki, bizim bir uğurumuz yoxdursa, Saakaşvilini tənqid edə bilmərik. Məsələn, 15 ildir Türkiyədə hakimiyyətdə qalan Ərdoğanı və ya Putini tənqid edə bilərik, amma Saakaşvilini edə bilmərik. Olsun, qəbul edək ki, bizim mənfi münasibətimiz uyğunsuzdur. Amma o zaman məndə suallar yaranır:

1. Tənqid üçün mütləq bir uğuru əsas hesab edirsinizsə, siz Trampı niyə bəyənmirsiniz?

2. Hərbi xidmətə getməkdən imtina edib Aprel döyüşləri zamanı militarist statuslar yazmaq nə qədər uyğundur?

3. Hillari Klinton kimi “dayday”ınız ola-ola cəmi-cümlətani 2 illik həbsə dözməmək və Saakaşvilinin məhkəmədə V (viktoriya) işarəli şəklini “oğuldur” şərhi ilə paylaşmaq nə qədər uyğundur?

4. Saakaşvilinin o davranışını təqdirəlayiq sayırsınızsa, həbsimdən 1 gün əvvəl mənə “icra başçısına konstruktiv mesaj” göndərəcək qədər əyilməyi məsləhət görməniz nə qədər uyğun idi?”.


Müəllif: Cavad