15 Dekabr 2017 12:46
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən qanun layihəsinə səs verəcəyəm. Amma deputatların bəzi təkliflərini nəzərə almalıyıq. 4.1.4-cü maddə mətbuatda manipulyasiya edildi. Bu məsələyə bir daha baxıb dəyişiklik edərək, müzakirəyə son qoya bilərik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azay Quliyev deyib.

Deputat təklif edib ki, 4.1.4 maddəsinə Konstitusiya quruluşunun zorakılıqla ələ keçirilməsi ifadəsi əlavə olunsun: “4.1.4-cü maddəyə bu ifadənin əlavə edilməsi mitinqlərə ordunun cəlb edilməsi kimi yanlış anlaşılmaları aradan qaldıracaq”.

Azay Quliyev eyn zamanda təklif edib ki, qanun layihəsinin 1.0.2-ci maddəsində “ərazi bütövlüyü” ifadəsi “beynəlxalq səviyyədə tanınan sərhədlərin zor gücü ilə dəyişdirilməsi” ifadəsi ilə əvəz olunsun.

Sonda deputat Suilahlı Qüvvələrə ictimai nəzarətlə bağlı təklifləri də dəstəkləyib.


Müəllif: Cavad