16 Dekabr 2017 15:28
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in bitdiyini deyənlərə inanmayın, İŞİD-lə mübarizəyə davam edirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

Pentaqon rəhbəri bəyan edib ki, ABŞ-ın Suriyada qalması müəyyən şərtlərlə bağlıdır:

“Cenevrədə keçirilən Suriya müzakirələrində diplomatik həll yolu tapılana qədər ABŞ Suriyada qalacaq. Cenevrə görüşünün səkkizinci turu isə siyasi həll yolu mövzusunda uğursuzluqla nəticələndi.

İŞİD problemi bitməyib və İŞİD-lə savaş davam edir. İŞİD indi dağılır, ancaq müharibə başa çatmayıb. Bu terrorçu qrupla müharibə davam edir, onlar koalisiya qarşısında duruş gətirə bilmir və qaçırlar”.

Rusiya və ABŞ təyyarələri arasında Suriya hava sərhədlərində yaşanan gərginliklər haqda danışan Pentaqon rəhbəri qeyd edib ki, Rusiya ilə ABŞ mərkəzləri arasında koordinasiya kanalı açıqdır, lakin rus təyyarələrinin bu kanal vasitəsilə əlaqə saxlamadan ABŞ-ın hava əməliyyatları həyata keçirdiyi bölgələrə girdiyinin səbəbini bilmirik.

General İran haqqında danışarkən deyib ki, bu ölkənin hazırda etdikləri qanunsuz hərəkətlərdir:

“Bizim də işimiz onların hərəkətlərini beynəlxalq cəmiyyətə göstərməkdir”.


Müəllif: Cavad