12 Yanvar 11:15
294

Rusiyada prezidentliyə namizəd, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski canlı yayım zamanı ukraynalı siyasətçiyə hücum edib.

Teleqraf.com xəbər verir ki, olay verilişdə Ukrayna məsələsinin müzakirəsi zamanı baş verib.

Müzakirələr zamanı siyasətçi Vadim Tryuxan Jirinovskini ukraynalıları təhdid etməməyə çağırıb.

Buna qəzəblənən prezidentliyə namizəd siyasətçinin üzərinə gedib:

“Təhdid edəcəyik. Sizi öldürəcəyik, namərd və əclafsız”.

Jirinovski Tryuxanın dərhal studiyanı tərk etməsini tələb edib. Aparıcının bütün tələblərinə baxmayaraq, Jirinovski sakitləşməyib və nəticədə Tryuxan studiyanı tərk edib.


Müəllif: Samir