12 Yanvar 2018 13:49
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyalar paketinə 300 nəfərin adı daxil edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın “Kommersant” qəzeti ABŞ hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Həmin siyahıda Rusiya hökumətində önəmli vəzifə tutan 50 məmur və onların ailə üzvlərinin adları var. Məlumatlarda siyahıdakı şəxslərin konkret adı açıqlanmır.

Qeyd edilib ki, yeni sanksiyalar “Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında” qanuna əsaslanaraq hazırlanıb.


Müəllif: Samir