17 Yanvar 2018 12:35
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti tam tərkibdə istefa verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı məlumatı ölkənin baş naziri və bir nömrəli milyarderi Andrey Babiş məlumat verib.

Babiş istefa ərizəsini Çexiya Prezidenti Miloş Zemana təqdim edib.

Qeyd edək ki, dünən Çex parlamentində hazırkı hökumətin etimadı ilə bağlı səsvermə keçirilib. Deputatların əksəriyyəti hazırki hökumətə etimadsızlıq göstərib. Buna səbəb Babişin Avropa Birliyindən öz şirkətləri üçün 2 milyon avronu qanunsuz şəkidlə alması ilə bağlı aparılan araşdırma göstərilib.


Müəllif: Samir