19 Yanvar 2018 13:15
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:55

Ermənistanda hakim Respublikaçılar partiyası prezidentliyə namizədinin adını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın hazırki prezidenti Serj Sərkisyan açıqlama verib.

Onun sözlərinə görə, partiyadan seçkilərə Ermənistanın Böyük Britaniyadakı səfiri, sabiq baş nazir Armen Sərkisyan qatılacaq.

Ermənistanda hakim Respublikaçılar Partiyasından prezident seçkilərinə qatılacaq Armen Sərkisyan 1953-cü il iyunun 23-də İrəvanda doğulub. O, İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib.
1992-1995, 1998-2000 və 2013-cü ildən bugünə qədər Ermənsitanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb.

Bundan başqa, Ermənistanın Belçika, Avropa Birliyi, Hollandiya, Lüksenburq və Vatikandakı səfiri vəzifələrində işləyib.

1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

“Knightsbridge Group” şirkətlər qrupunun rəhbəridir. Bu qrupun tərkibindəki 15 şirkət Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda fəaliyyət göstərir.

Qeyd edək ki, Ermənistanın hazırki prezidenti Serj Sərkisyanın səlahiyyət müddəti aprelin 9-da bitir. Prezident seçkiləri isə martın 2-də baş tutacaq.


Müəllif: Samir