21 Yanvar 2018 16:22
3 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya ilə sərhəddə Afrin əməliyyatı keçirməsi birbaşa Amerikanın fəaliyyətindən qaynaqlanır. Çoxtərəfli və son dərəcə çətin olan bu qarşıdurma yeni itkilərə yol aça, Türkiyənin də qarant olduğu və onsuz da çətin gedən sülh prosesini baltalaya bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçev özünün Feysbuk səhifəsində yazıb.

Ankaranın uzun müddətdir kürdlərlə davam edən anlaşılmazlıqlarının olduğunu dilə gətirən komitə sədri hərbi əməliyyatların Vaşinqtonun bölgədəki fəaliyyətindən qaynaqlandığını bəyan edib.

“Suriyada müxtəlif qruplar vasitəsi ilə xarici aktyorlar fəaliyyət göstərir. Bu da faktiki olaraq sülh prosesinə mənfi təsir edir. Rusiya bu mövzuda ehtiyatlı davranmalı və Suriyanın rəsmi hakimiyyətinin maraqlarını nəzərə alaraq addım atmalıdır”, - deyə, komitə sədri bildirib.

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev isə bəyan edib ki, Suriya hakimiyyəti icazə vermədiyi halda ABŞ əsgərinin burada qalma haqqı yoxdur.


Müəllif: Cavad