10 Fevral 2018 14:25
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının VI Qurultayı çox yüksək səviyyədə keçdi. Bu qurultay bütün Azərbaycan xalqının istək və arzularını ifadə edən bir tədbir oldu.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, qurultayda ölkə başçısı öz çıxışı ilə partiya üzvlərinə Azərbaycanın yaxın illərdə perspektivinin yolunu göstərmiş oldu: “Dövlət başçısı qurultayda Azərbaycana ictimai-sabitliyin nə qədər vacib olduğunu vurğuladı, ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət olduğunu və bu yolla da inkişaf edəcəyini göstərdi.

Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın sosial-iqtisadi inkişaf tempinin bundan sonra da yüksək sürətlə davam edəcəyini bəyan edərək göstərdi ki, ölkəmizdə bütün insan hüquq və azadlıqları qorunub və bundan sonra da qorunub inkişaf etdiriləcək.

Prezident İlham Əliyev vurğuladı ki, dünyadan neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmiz bundan sonra da öz iqtisadi inkişafını qeyri-neft sektorunun inkişafında görəcək və neftdən gələn gəlirlər gələcək nəsillər naminə fondumuzda valyuta ehtiyatı şəklində yığılacaq. Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır və torpaqlarımız yaxın gələcəkdə işğaldan azad olunacaq

Qaçqın və məcburi köçkün vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Lakin dövlət başçısı söylədi ki, bizim missiyamız bütün bunlarla bitmir. Bizim əsas tarixi missiyamız Azərbaycanın tarixi torpaqlarına qayıtmaqdır. Cənab prezident öz çıxışında İrəvanın, Zəngəzurun Göyçənin və digər torpaqların Azərbaycanın tarixi torpaqları olduğunu və bizim bu torpaqlara qayıtmağın da xalqımızın, gənclərimizin ümdə vəzifələrindən biri kimi xarakterizə etdi”.

Musa Quliyevin sözlərinə görə, qurultayda bildirilib ki, bütün qurultay nümayəndələri və orada çıxış edən şəxslər dövlət başçısı İlham Əliyevin bu ilin aprelin 11-də ayında keçiriləcək seçkilərdə YAP-ın namizədi olmasını dəstəkləyiblər: "Mən hesab edirəm ki, bütövlükdə qurultay Azərbaycan xalqının arzularını ifadə edən siyasi forum oldu”


Müəllif: Teleqraf.com