12 Fevral 14:49

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədir.

ADP-dən Teleqraf.com-a verilən məlumata görə, səfərdə məqsəd islam inqilabının 39-cu ildönümü münasibətilə 10-13 fevralda Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir.

Səfər çərçivəsində eyni zamanda İran İslam Respublikasının siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub. Səfər fevralın 13-də başa çatacaq.

Məlumatda bildirilir ki, səfər Tehran İslami Təbliğat İdarəsinin Əlaqələndirmə Şurası adından İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahagirzadənin dəvəti ilə reallaşıb.

Digər müxalifət partiyalarından Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də İranda səfərdə olduğu bildirilir.


Müəllif: Səxavət
Загрузка...