13 Fevral 2018 16:23
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanunda ziddiyyət hüquqşünaslarla iqtisadçıların müzakirə mövzusudur. Mən hüquqşünas həmkarlarıma haqq qazandırıram.

Bu sözləri millət vəkili Elşən Musayev “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ali qanunumuz Konstitutusiyadır və ondan ali qanun yoxdur: “Peşəkar hüquqşünaslar məsələni bir daha müzakirə etməlidirlər. Hüquqşünas qiyafəsindən çıxanda iqtisadi qanununverciliyin hüquqi qanunvericilikdən üstün tutulmasının əsas prinsip olduğunu anlamağa imkan verir".

Millət vəkili hesab edir ki, Ələt azad iqtisadi zonasında məhkəmə yaradılmalıdır: "Qazaxıstanda analoji proseslər üçün yalnız beynəlxalq qanunlara uyğunlaşdırılan məhkəmə var. Belə bir məhkəməni Ələt azad iqtisadi zonasında yaratmalıyıq.

Nəzərə almalıyıq ki, bu qanun investorlar üçündür. Bu gün biz beynəxalq qaydalara uyğun hazırlaşmasaq, heç bir investor həmin əraziyə gəlməyəcək.

Hesab edirəm ki, bu mənada qanuna səs verməliyik. Dünyada belə təcrübə var ki, daha çox güzəşt edənlər öz ölkəsinə daha çox qazanc gətirilməsinə nail olurlar. Bütün deputat yoldaşlarımı bu qanuna səs verməyə çağırıram".


Müəllif: Cavad