13 Fevral 18:44
709

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün bu məqsədlə Təşəbbüs qrupunun toplantısı keçirilib. Təşəbbüs qrupunun üzvləri Akif Nağının prezidentliyə namizədliyini geniş müzakirə edib, fikirlərini bildiriblər.

Akif Nağı məsələ ilə bağlı mətbuat üçün açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, torpaqlarımızın işğaldan tezliklə azad olunması məqsədilə seçkilərdə namizəd kimi iştirak etmək qərarını verib: "Prezident seçilərəmsə, seçkilərdən sonrakı 1-2 ay ərzində, Ordunun hazırlığı, cəmiyyətin əhval-ruhiyyəsinə ciddi baxış keçirdikdən, xarici müttəfiqlərimizi konkret müəyyənləşdirdikdən, digər hazırlıq işlərini həyata keçirdikdən sonra işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlayacağam. Ermənistanın arxasında kimlərin dayanacağının, onu müdafiə edəcəyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, ölüm-dirim müharibəsi olacaq, nəyin bahasına olursa-olsun qələbəni əldə edəcəyik. Ermənistanı da, onun arxasında dayananları da Azərbaycana qarşı törətdikləri işğala, təcavüzə, bütün cinayətlərə görə peşman edəcəyik. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim hədəfimiz prezident kürsüsü deyil, Qarabağda azadlıq müharibəsini başlamaq, torpaqlarımızı işğaldan azad etməkdir".


Müəllif: Ruslan