14 Fevral 16:23

11:23

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

***

16:09

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

Bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O, namizədlə bağlı məlumatları MSK üzvlərinin diqqətinə çatdırıb.

Sonra məsələ səsverməyə çıxarılaraq təsdiqlənib. Beləlikə, Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.

***

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

MSK A. Umudov, F. Əliyev, T. Abbaslı və Z. Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

MSK-nın katibi Arifə Muxtarova deyib ki, YAP tərəfindən təqdim olunmuş siyahıda Prezident seçkilərində səlahiyyətli nümayəndə qismində Baş nazirin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı və Siyavuş Novruzov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub.

YAP icra katibinin müavini Siyavuş Novruzov YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi təsdiqlənib.


Müəllif: Teleqraf.com
Загрузка...