14 Fevral 2018 12:08
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ABŞ Dövlət katibi Reks Tillerson Ankaraya gələcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər çərçivəsində Tillerson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransı təşkil ediləcək.

Görüşlər zamanı Tillersona PKK/PYD ilə bağlı sübutların əks olunduğu sənədlər təqdim ediləcək. Həmin sənədlərdə “Zeytun budağı” hərəkatı zamanı PYD silahlılarının Türkiyə ərazisinə 700-dən çox raket atdığı və bu hücumlar zamanı dinc sakinlərin öldüyü, eləcə də hücumların ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə YPG döyüşçülərinə verdiyi silahlarla həyata keçirildiyi qeyd edilib.

Bundan başqa, ABŞ-ın 2019-cu ildə PYD/YPG silahlılarına 550 milyon dollar yardım ayrılması ilə bağlı Tillersona Ankara tərəfinin narahatlığı çatdırılacaq.


Müəllif: Samir