14 Fevral 12:17

ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən Senata “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabat təqdim edilib.

Teleqraf.com xəbər verir ki, hesabatda YPG ilə bağlı yazılanlar Türkiyə mediasında gündəm olub.

Kəşfiyyat direktoru YPG-ni PKK terror təşkilatının Suriyadakı milisləri kimi qətdim edib. Bildirilib ki, YPG Suriyada bəzi bölgələrə hücum edəcək, ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə qarşılaşacaq.

Bundan başqa, Rusiya və İranın hələ uzun müddət Suriyada qalmağı planlaşdırdığı qeyd edilib.


Müəllif: Samir
Загрузка...