14 Fevral 13:00

Türkiyə Baş naziri Binəli Yıldırım Belarus səfərindən əvvəl aeroportda jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Kardak böhranı ilə əlaqədar yunan həmkarı Aleksis Çiprasla telefonda danışdığını bildirib.

Yıldırım bu məsələdə razılıq əldə edildiyini deyib. Razılığa əsasən, tərəflər problemin həlli istiqamətində addımlar atacaq.

O əlavə edib ki, Egey dənizi Yunanıstan və Türkiyə arasında dostluq dənizi olmalıdır.

Yıldırım Belarusdan sonra Almaniyaya gedəcəyini və Kansler Angela Merkellə görüşəcəyini bildirib.

Bundan başqa, Türkiyəli nazir Suriyada qəzaya uğrayan türk helikopteri ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb. O bildirib ki, hələ ki helikopterin vurulduğunu söyləmək çətindir.


Müəllif: Samir
Загрузка...