14 Fevral 2018 18:07
2 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin 2014-cü ilin fevralında Soçiyə səfəri zamanı təhlükəli anlar yaşayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryova məlumat verib.

Onun sözlərinə görə, Putinin olduğu təyyarə qəza enişi etməyə məcbur olub:
“Hadisə fevralın 22-də baş verib. Elə bu vaxtlarda Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Kiyevdən qaçmışdı. Bu hadisə Kiyevin Putinə qarşı təşkil etdiyi sui-qəsd kimi qəbul edildi”.

Qeyd edək ki, Ponomaryeva “Skolkovo” fondunun vəsaitinin israfçılığı maddəsi ilə ittiham olunub və barəsində axtarış elan edilib. Hazırda Ukraynada yaşayır.


Müəllif: Samir