15 Fevral 2018 11:19
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:20

Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı İlham Əliyev iclasda nitq söyləyib.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib.

Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.

***

Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açıb.

Bunu Azәrbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, əmәkdaşlıq, yalnız bütün tәrәflәr üçün faydalı olanda mümkün olur. “Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açdı. Azәrbaycan öz resurslarını insan kapitalının inkişafına, yeni iş yerlәrinin yaradılmasına vә iqtisadiyyatın şaxәlәndirilmәsinә yönәldib," – deyə İ. Əliyev bildirib./APA/


Müəllif: Teleqraf.com