15 Fevral 2018 13:23
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:03

Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır.

Bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir. Ölkə prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb:

“Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.

“Seçkilərdə dairə seçki komissiyalarının maarifləndirilməsi işi daim aparılmalıdır. Seçkiləri çox yaxşı hazırlaya bilərik. Bu işə qiymət isə səsvermə günü verilir. Yəni iş necə təşkil olunubsa, səsvermə günü aydın görünür. Çalışırıq ki, seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Kifayət qədər qərəzli tərəflər olur. Bunun üçün mübarizə aparmaq olmaz. Demokratiya heç bir ölkənin daxili məsələsi deyil, ümumbəşəri dəyərdir”, - M.Pənahov əlavə edib.

M.Pənahov qeyd edib ki, Azərbaycanda dairə seçki komissiyalarına Avropa və Asiya üçün nümunə olacaq şərait yaradılıb:

"Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, Azərbaycanda 125 DSK sədri rayonlarda İcra Hakimiyyəti başçılarının müavini statusundadır. Bu, düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Mübarizənin ən aktual cəbhəsi seçkilərdir. Ölkələrin daxili işlərinə qarışmağın əsas yollarından biri də seçkilərdir. Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik".

***

On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri və Prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək./Report/


Müəllif: Teleqraf.com