15 Fevral 2018 15:58
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan öz suveren hüquqlarına kiminsə meydan oxumasına icazə verməyəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Aleksis Çipras Egey dənizindəki son gərginliyə münasibət bildirərkən deyib:

“Bu gün, sabah və hər zaman mesajımız açıqdır. Yunanıstan quruda və sudakı bütövlüyünü hər zaman qoruyacaq və təhdidlərə göz yummayacaq. Yunanıstan oyun oynanılacaq ölkə deyil”.


Müəllif: Samir