15 Fevral 2018 16:23
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson Livanda gözlənilməz vəziyyətlə qarşılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tillersonu Livanda bu ölkənin xarici işlər naziri qarşılamalı idi.

Ancaq Livan XİN rəhbəri Gerban Bassil görüşə gəlməyib. Livan Prezidenti Mişel Aun da görüşə gecikib. Amerikalı qonaq bir müddət gözləməli olub.

Tillersonun bu anları Livan televiziya kanallarında canlı yayımlanıb.


Müəllif: Samir