15 Fevral 2018 22:28
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunun başqan müavinliyindən azad edilməsi barədə imzaladığı sərəncamla bağlı mətbuatda gedən məlumatlara münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, A.Hacılı Feysbuk səhifəsində bildirib ki, müavin və digər icra strukturlarına partiya üzvünün təyin olunması və ya xaric edilməsi partiya başqanının hüququdur:
"Tofiq Yaqublunu bu vəzifəyə mən təyin etmişdim. Tofiq Yaqublu o zaman da Milli Şuranın üzvü idi. Müsavat Partiyası isə artıq bu qurumdan çıxmışdı. Ona görə də bu qərarın Milli Şura ilə əlaqələndirilməsi əsassız və yersizdir. Demokratik qüvvələrin birlik məsələsinə gəldikdə isə bu barədə mənim müraciətim mətbuatda dərc olunub, video-müraciətim yayılıb. Müsavat Məclisinin bu bəradə yekdilliklə qəbul edilmiş qərarı var. Ona görə də mənim bu qərarımın partiyalararası münasibətlərə xələl gətirməsi haqqında deyilənlər absurddur".

A.Hacılı qeyd edib ki, sərəncamın geniş müzakirəsini təbii qəbul edir: "Başqa təkəbbürlü təşkilatlarda kimin müavin və ya başqa vəzifəyə gəlməsi və ya vəzifədən ayrılmasından heç kəs xəbər tutmur. İndi bu məsələ ətrafında gedən müzakirələr Müsavat Partiyasının əhəmiyyətinin, gücünün göstəricisidir”.


Müəllif: Ayxan