17 Fevral 2018 15:14
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ Müdafiə naziri Ceyms Mettisin təklifinə reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ hökumətinin daxilində fikir ayrılıqlarına diqqətr çəkib: “Bunların daxilində fikir ayrılığı var. Kəşfiyyat deyir ki, YPG PKK terror təşkilatının Suriya şöbəsidir. Pentaqon isə təklif edir ki, PKK-ya qarşı YPG-dən istifadə edək. Ya fikirləşirlər ki, biz heç nə anlamırıq, ya da özləri nə etdiklərini bilmirlər. ABŞ rəhbərliyi mövqeyini ortaya qoymalıdır”.

Qeyd edək ki, Mettis türkiyəli həmkarı Nürəddin Canikli ilə Brüsseldə keçirdiyi görüşdə PKK-ya qarşı YPG-dən istifadə olunmasını təklif edib.


Müəllif: Samir