18 Fevral 2018 13:26
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Xarici İşlər naziri Martin Stropnitski ukraynalı həmkarı Pavlo Klimkinlə keçirdiyi görüşdə Rusiyaya qarşı sanksiyaların qorunub saxlanılmasının vacibliyini bildirib.

Teleqraf.com xəbər verir görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Çex nazir, həmçinin, bildirib ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünü və Avropaya inteqrasiyasını dəstəkləyir.

Qeyd edək ki, bir müddət öncə Çexiya Prezidenti Miloş Zeman Rusiyaya qarşı sanksiyaların əleyhinə olduğunu bildirmişdi. O əlavə etmişdi ki, Rusiyaya münasibətdə məhdudlaşdırıcı tədbirlərə təcili son qoymaq lazımdır.


Müəllif: Səxavət