21 Fevral 2018 13:17
3 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya üzərində çalışdığı Suriya planının əsas müddəalarını ABŞ-la dəqiqləşdirməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunun üçün Rusiya prezidentinin xüsusi nümayəndəsi Vitali Naumkin fevralın 27-də Vaşinqtona səfər edəcək.

Məlumatlara görə, plan Afrin şəhəri, Fərat çayının şərq hissəsi və Deyr-əz-Zoru əhatə edən 3 hissədən ibarətdir:
“Türkiyənin “Zeytun budağı” hərəkatını başlamasından sonra Rusiya Prezidenti Vladimir Putin planı hərəkətə gətirməyin zamanı çatdığını qeyd edib və bunun üçün Naumkini ABŞ-a göndərir.

Naumkin “Suriyada sülh üçün imkanlar: Rusiyanın rolu və maraqları” adlı sənədi ABŞ tərəfi ilə müzakirə edəcək.

Planın əsas müddəları bunlardır:

1. Rusiya “Zeytun budağı” hərəkatı başlamadan əvvəl Ankara ilə danışıqlarda Afrin şəhərinə girmədən Türkiyənin sərhəd təhlükəsizliyini təmin edəcəyini bilirdi. Rusiya üçün vacib olan Türkiyənin o təhdidi ortaya qoyacaq hərbi uğur göstərməsidir.
Çünki Rusiyanın əsas hədəfi bölgədə kürdlərlə Suriya arasında razılaşmanı reallaşdırmaqdır.

2. ABŞ Rusiya ilə bütün görüşlərdə Afrindən çıxarılacaq YPG qüvvələrinin Menbiçdən Fərat çayının şərqinə köçürülməsini istəyib.

Ancaq Rusiya bu addımla YPG-nin tamamilə ABŞ nəzarətinə keçəcəyini bildirib və buna razılıq verməyib.

3. Rusiya Afrində Suriya ilə kürdlər arasında razılaşma əldə edə və bunun Türkiyəyə təhdid olmadığını göstərsə, eyni model Fərat çayının şərqində də tətbiq edilə bilər.

4. Deyri-əz-Zor isə ancaq bu mərhələlərdən sonra müzakirəyə çıxarılacaq.

Rusiya bu bölgənin Suriya və kürdlər tərəfindən birgə idarəsini mümkün hesab edir.

5. Moskva kürd silahlılarının Suriya ordusu ilə birgə fəaliyyətinin mümkünlüyünü də düşünür.

Bu model ABŞ və Rusiya tərəfindən qəbul edilsə, nələr baş verəcək?

- Suriyanın ərazi bütövlüyünü müdafiə edən və şimalda terror koridoru arzulamayan Türkiyə istədiklərinə çatacaq;

- ABŞ-ın üzərində işlədiyi müstəqil Kürdüstan planı məhv olacaq;

- Türkiyənin əməkdaşlıq etdiyi Rusiya bölgədə daha vacib oyunçu olacaq.ABŞ-ın İrana bağlı güclərlə YPG qüvvələrini toqquşdurmaq planı puça çıxacaq.


Müəllif: Samir İsayev