21 Fevral 2018 17:48
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin paytaxtı Ankarada keçiriləcək görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, parlamentlər səviyyəsində əlaqələr, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılacaq.


Müəllif: Cavad