21 Fevral 2018 17:02
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir (supports fully – nitqin orijinalından – red.)

Bunu Brüsseldə baş tutmuş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerini deyib. İstifadə etdiyi diplomatik leksikona diqqət yetirsək, Mogerininin bu bəyanatını misli görünməmiş hesab etmək olar. İş burasındadır ki, “fully” sözünü ingilis dilindən “tamamilə”, “bütövlükdə”, “tam həcmdə” və s. kimi tərcümə etmək olar. 2015-ci ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlar Aİ prezidenti Donald Tuskun və Mogerininin özünün də çıxışlarında dəfələrlə səslənib.

Lakin “tamamilə” (“bütövlükdə”, “tam həcmdə”) sözü Avropa İttifaqının rəsmi bəyanatında ilk dəfədir ki səslənir. Mogerininin bəyanatı Avropa İttifaqının tərəfdaş ölkələrin, ələlxüsus Azərbaycanın ərazi bütövlüyünün qorunması probleminə yanaşmada keyfiyyətcə yeni yanaşmanın məntiqi davamı oldu.

Maraqlıdır ki, Mogerininin bəyanatı fevralın 8-də İlham Əliyevin hakim "Yeni Azərbaycan" Partiyasının qurultayında etdiyi proqram xarakterli nitqinin ertəsi günü, fevralın 9-da səslənib. Xatırladaq ki, məhz həmin qurultayda partiyanın lideri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülüb. Öz nitqində İ.Əliyev Avropa İttifaqı ilə münasibətlərdə tərəqqini yüksək qiymətləndirib və Azərbaycanın ərazi bütövlüyü məsələsində Aİ-nin bütün institutlarının aydın mövqeyini qeyd edib./Virtualaz.org/


Müəllif: Teleqraf.com