23 Fevral 2018 12:14
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com iclasın gündəliyinə təklif edilən qanun layihələrinin siyahısını təqdim edir:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi,

“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanununun layihəsi ,

“Patent haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə ,

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Baytarlıq haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Fitosanitar nəzarəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Yeyinti məhsulları haqqında" Qanuna dəyişikliklər barədə qanun layihəsi,

“Standartlaşdırma haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında layihə,

“Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi,

“Azərbaycan avtomobil yolları: 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə,

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə,

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Müəllif: Cavad