22 Fevral 2018 18:13
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, fevralın 21-22-də Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclası çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin, demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: "Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub".

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com