22 Fevral 2018 21:59
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin bu gün Vətən Müdafiəsi Gününə həsr edilmiş təntənəli gecədə bir sıra ölkələrin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, ölkə başçısı Kreml dövlət sarayında təntənəli gecəyə dəvət olunmuş Azərbaycan, Venesuelan, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkista, Belorussiya, Qırğızıstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Azərbaycan nümayəndə heyətini gecədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

Vladimir Putin hərbi qulluqçuları, mülki personalı və Silahlı Qüvvələrin veteranlarını bayram münasibətilə təbrik edib.


Müəllif: Ruslan