13 Mart 2018 15:30
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı müxalif qruplar dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O bildirib ki, hazırlanan kimyəvi hücumları rejimin üzərinə atılacaq:

“Baş verənlər bir tamaşanı xatırladır. Əsl günahkarlar qurban kimi təqdim olunur. ABŞ da bu məsələdə təxribatçı rolunu oynayır. Onlar bunu bəhanə gətirərək, Əsəd rejiminə hücum edəcək”.


Müəllif: Samir