14 Mart 2018 00:49
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə Feysbukda “Azadlıq qəzeti" adlı səhifənin haqsız hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə A.Mirzəzadənin özü məlumat verib.

O, dostları vasitəsilə barəsində yazılan yalandan xəbər tutduğunu bildirib.

“11 martda Yevlaxda məktəbliləri daşıyan avtobus qəzaya düşəndə mən gün ərzində beş ağır yaralının yerləşdirildiyi Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxladım və yenilikləri səhifəmdə paylaşdım. Bu gün axşam isə yuxarıda adı çəkilən Feysbuk səhifəsi mənim həmin paylaşmamı tam dəyişərək yazmadığım fikirlərlə status paylaşıb və onu müzakirəyə çıxarıb. Müzakirəyə qoşulanlar isə mənim səhifəmi oxumadam gözlərini yumub...

Bildirim ki, həmin səhifə radikal müxalifətçi Əli Kərimlinin rəhbərlik etdiyi "Azadlıq" qəzetinin Feysbuk səhifəsidir. Artıq yalana və şərə keçiblər. Fikirləşirlər ki, oxuyanlardan beşi inansa, belə qazancımızdır. Yalanla qazanılan qazanc”, deyə A.Mirzəzadə qeyd edib.

Xatırladaq ki, sözügedən səhifədə “Deputat özünü necə biabır etdi?” başlığı ilə Taleh Xasməmmədov adlı şəxs A.Mirzəzadənin adından həqiqətə uyğun olmayan məlumat paylaşıb.


Müəllif: Teleqraf.com