14 Mart 2018 17:28
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) 63 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Şöbə müdiri bildirib ki, 26 ölkədən olan bu müşahidəçilər 6 beynəlxalq təşkilatı təmsil edirlər. Həmçinin 32 min 764 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 542-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 32 min 222-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.


Müəllif: Teleqraf.com