15 Mart 2018 17:23
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib.

Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın dünyada tolerantlığın gözəl nümunəsi olduğunu deyib. O, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə müxtəlif kitablar üzərində çalışdıqlarını bildirib. Darxan Kıdırəli prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzuladı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Darxan Kıdırəlinin türkdilli ölkələr arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini dedi və “Dostluq” ordenini ona təqdim edib.

***

Azərbaycan prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlət başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirib.

Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib və ordeni ona təqdim edib.

M. Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirib. “Dostluq” ordeninə görə dövlət başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini deyib. O, Mehriban Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com