15 Mart 2018 15:22
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

London Böyük Britaniyanı tərk etməli olan rus diplomatların siyahısını Moskvaya təqdim edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib:

“Həmin siyahıda hərbi attaşemizin nümayəndələri də var. Onlara 7 gün vaxt veriblər. Rusiyanın buna cavabı gecikməyəcək”.

Zaxarova İngitlərənin sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı hücumda Rusiyanı ittiham etməsini “dəlilik” adlandırıb.

Qeyd edək ki, Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:

“London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq”.

Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək: “Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var”.


Müəllif: Samir