15 Mart 2018 16:20
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinlə olan ticarət həcmini 100 milyard dollar endirəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evdən olan mənbə məlumat verib.

Mənbə bildirib ki, Trampın Tvitter hesabında paylaşdığı məlumatda yanlışlıq var:

“Tramp Çin ilə ticarət həcmini 1 milyard dollar aşağı salınacağını açıqlamışdı. O, bunun üçün 1 illik plan hazırlandığını demişdi. Burada yanlışlıq var. Söhbət 1 deyil, 100 milyard dollardan gedir. Tramp artıq Çindən idxal edilən bəzi mallara gömrük vergisinin tətbiqi ilə bağlı tapşırıq da verib”.

Qeyd edək ki, ötən ilin statistikasına görə, ABŞ-ın Çin ilə ticarət həcmi 375 milyard, Meksika ilə 71 milyard, Almaniya ilə 65 milyard, Kanada ilə 17,6 milyard dollar olub.


Müəllif: Samir