16 Mart 2018 10:59
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi uçun də yaxşı bir platformaya çevrilir.

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulanıb.


Müəllif: Teleqraf.com