16 Mart 2018 16:56
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Nepal Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".


Müəllif: Teleqraf.com