16 Mart 2018 17:47
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Şimali Koreyaya siyasi jest edib.

Teleqraf.com xəbər verir ki, ABŞ və Cənubi Koreya hərbçilərinin illik hərbi təlimləri Pxenyanla başlayan diplomatik danışıqlar səbəbindən nisbətən qısa müddətli və az sayda hərbçinin iştirakı ilə həyata keçiriləcək.

Qeyd edək ki, hər ilin yazında on minlərlə hərbçinin iştirakı ilə Key-Resolve və Foal Efgle hərbi təlimləri keçirilirdi. Bu il sözügedən təlimlər gələn ay başlayacaq. Ancaq təlimlərin müddəti 2 ay olsa da, Şimali Koreya ilə başlanan diplomatik danışıqlar səbəbindən bu dəfə təlimlər bir ay sürəcək. Təlimlərdə az sayda hərbçi iştirak edəcək. Üstəlik ABŞ bu təlimlərdə B-1B bombardumançı təyyarələri və strateji silahlardan istifadə etməyəcək.


Müəllif: Cavad