19 Mart 2018 13:30
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya martın 11-də Salisberi şəhərində sabiq rus casusu Sergey Skripal və qızı Yuliyayanı kimyəvi hücumla qətlə yetirməkdə ittiham etdiyi Rusiyaya qarşı yeni addımlar atacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

O bildirib ki, bununla bağlı Brüsseldə avropalı həmkarlarını xəbərdar edib:

“Bu həftə Londonda keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında yeni addımların atılması ilə bağlı qərar qəbul ediləcək”.

Nazir Rusiyanın Britaniyaya yönəltdiyi ittihamlara da cavab verib:

“Rusiya iddia edir ki, Skripala qarşı istifadə edilən kimyəvi maddə Britaniya laboratoriyalarında hazırlanıb. Bu, həqiqəti əks etdirmir”.


Müəllif: Samir