19 Mart 2018 18:13
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".


Müəllif: Teleqraf.com