22 Mart 2018 14:25
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gün Aşqabada səfər edir.

Teleqraf.com xəbər verir ki, deputatin səfəri martın 27-də başa çatacaq.

Deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzər yetirəcəklər.


Müəllif: Cavad