14 Aprel 10:17

ABŞ və müttəfiqləri Suriyaya qarşı hərbi əməliyyatda 2 siyasi məqsəd güdür.

Teleqraf.com-un məlumatına görə, siyasi şərhçi Şahin Cəfərli bu fikirdədir.

Onun sözlərinə görə, birinci məqsəd Suriyada uğur qazanan, bu uğurunu regional və qlobal miqyasda yaymağa çalışan Rusiyanın xarizmasını cızmaq, onun nüfuzuna zərbə endirməkdir: "İranı da bura əlavə etmək olar".

Şərhçinin fikrincə, ikincisi, Rusiya ilə yaxınlaşan və ya yaxınlaşmağı düşünən bölgə ölkələrinə, o cümlədən Türkiyəyə mesaj vermək, bu kontekstdə Rusiyanın hava-raket hücumundan müdafiə silahlarının o qədər də etibarlı olmadığını, yüzdə yüz müdafiə qarantiyası vermədiyini nümayiş etdirməkdir:

"Yəni sırf hərbi baxımdan bu əməliyyatın Bəşər Əsədə, onu dəstəkləyənlərə sarsıdıcı zərbə vurğunu söyləmək mümkün deyil. Məqsəd siyasidir".


Müəllif: Teleqraf.com
Загрузка...