18 Aprel 2018 18:00
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bakıda 40-a yaxın İƏT ölkəsinin iştirakı ilə keçirilən İƏT Gənclər və İdman Nazirləri 4-cü Konfransının açılış mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı müraciətində İƏT-lə münasibətlərin Azərbaycan üçün xarici siyasətin əsas sahələrindən biri olduğunu, Azərbaycanın İƏT-in bir çox yüksək səviyyəli tədbirlərinə ev sahibliyi etdiyini, Azərbaycanın İƏT-də bir sıra yeni əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi bildirib.

Müraciətdə 2004-cü ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun İƏT-də ilk beynəlxalq qurum olduğu vurğulanıb, İƏT arealında gənclər siyasətinin formalaşması və İslam həmrəyliyinin gücləndiriliməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib, xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Eyni zamanda müraciətdə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarını ən yüksək standartlara uyğun keçirməsi, ölkəmizin İƏT arealında idman siyasətinə və idman vasitəsilə islam həmrəyliyinə verdiyi önəm kimi qeyd olunub.


Müəllif: Cavad