19 Aprel 2018 13:01
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında onun Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı ordu generalı Körtis Skaparroti ilə görüşəcəyi bildirilir.

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.

Gerasimov Bakıda Prezident İlham Əliyevlə də görüşəcək.


Müəllif: Teleqraf.com