20 Aprel 2018 14:49
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Kuba Dövlət Şurasının sədri Migel Dias-Kanel Bermudesəni təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com